BolgeXeber.Com » Xəbərlər » Avtobus sürücülərindən plan etirazı: Pulu ödəyə bilmirik

Avtobus sürücülərindən plan etirazı: Pulu ödəyə bilmirik

9-04-2016, 12:52
Oxunub: 3 536 Avtobus sürücülərindən plan etirazı: Pulu ödəyə bilmirikBakıda 10 saylı marşrut xəttinin sürücüləri xəttə çıxmaqdan imtina edirlər

Publika.az xəbər verir ki, sürücülər onların marşrut xətti üzrə əlavə avtobusların istifadəyə verilməsinə baxmayaraq, gündəlik planının azaldılmamasına etiraz edirlər.

Belə ki, sürücülərin sözlərinə görə, bir müddətdir 93 saylı marşrut istifadəyə verilib. Həmin xətt üzrə avtobuslar 10 saylı marşrutla eyni istiqamətdə hərəkət edirlər. Bununla yanaşı “Baku Bus” MMC-yə məxsus 3 saylı marşrutun da istiqaməti dəyişdirilib və 10 saylı avtobusla müəyyən istiqamətlərdə eyni xətt üzrə hərəkət edirlər. Bunlar da 10 saylı avtobusun rəhbərliyi tərəfindən müəyyən edilmiş planı doldurmağa problem yaradır. Buna görə də, sürücülər planın aşağı salınmasını istəsələr də rəhbərlik buna razı olmur.

Məsələ ilə əlaqədar olaraq, Bakı Nəqliyyat Agentliyi və 10 saylı marşrutun məxsus olduğu şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
Bolgexeber.com