“Sovetski”də qadının evini kompensasiya ödəmədən dağıtdılar - FOTO
21-05-2016, 10:02
Oxunub: 3 728
"Sovetski"də bir vətəndaşın evini əşyaları içərisində olduğu halda, heç bir kompensasiya vermədən uçurublar
Mirzağa Əliyev küçəsi, dalan 4, ev 3 ünvanında yaşayan Kəmalə Şəfiyevanın mənzilini, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri əmlak sahibi ilə razılaşmadan söküblər.
Bolgexeber.com musavat.com-a istinadən bildirir ki,şikayətçinin evi tamamilə uçurulub. Dağıntılar altında yorğan-döşək, məişət əşyaları, mebellər, hətta sənədlər də qalıb. Biz ünvana çatdığımız zaman çarəsiz qadın dağıntılar altından sənədlərini və bəzi qiymətli əşyalarını tapmağa çalışırdı.
"Sovetski" sakini K.Şəfiyeva icra nümayəndələrinin onun hüquqlarını pozaraq, mənzilini sökdüyünü, əşyaları ilə birlikdə külli miqdarda ziyan vurduğunu dedi: "Evim üçün heç bir kompensasiya verilmədiyi halda, zor tətbiq edərək, evimi sökdülər. 20-yə yaxın adam evin həyətinə toplaşmışdı. Söküntü zamanı icra hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri də burada idi. Onlara qanunsuz olaraq söküntü işi apardıqlarını desəm də, heç bir nəticə vermədi. Heç olmasa sənədlərimi, dissertasiya işlərimi götürmək üçün icazə istədim. Polis əməkdaşları qolumdan tutub, maşına əyləşdirdilər. Mənzildə olan bütün əşyalarım yararsız vəziyyətə düşdü. Hamısı söküntünün altında qalıb".
Zərərçəkən ona dəyən maddi ziyanın 20 min manat məbləğində olduğunu bildirdi: "Bütün əşyalarım söküntü altında qaldı. Mebellərim, soyuducum, kondisionerim... Ümumiyyətlə, salamat bir şey qalmadı. Baş nazirin müavini Abid Şərifov deyirdi ki, "Sovetski"də heç kimin evi zorla sökülmür. Bəs, mənim evimi niyə sökdülər?"








Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər