BolgeXeber.Com » Xəbərlər » İylənmiş şirniyyatı sakinlərə kim satır? - FOTOLAR

İylənmiş şirniyyatı sakinlərə kim satır? - FOTOLAR

7-10-2016, 16:04
Oxunub: 2 498 İylənmiş şirniyyatı sakinlərə kim satır? - FOTOLARSumqayıt sakini Günay Məmmədova mağazadan aldığı şirniyyat kif çıxdığı üçün redaksiyamıza müraciət edib

Şikayətçi “Qafqazinfo”ya bildirib ki, dünən 17-ci mikrorayonda “Ən ucuz market” adı ilə fəaliyyət göstərən marketdən şirniyyat alıb. Şirniyyatı qablaşdırmadan çıxaran zaman isə onun artıq kifləndiyini görüb:
“Qablaşdırmanın üzərində istehsal tarixi göstərilməmişdi, mən də silindiyini fikirləşdim. Evdə paketi açan zaman içinin tamam yaşıl olduğunu gördüm. Kif dadı da gəlirdi. Qeyd olunan istehsalat şirkəti ilə əlaqə saxlamaq istəsəm də, nömrəyə zəng çatmadı. Həmin məhsulu sadəcə mən almamışam, kimsə övladına verə bilərdi. Media vasitəsilə aidiyyatı qurumlara səslənərək bu kimi şirkətlərin nəzarətə götürülməsini xahiş edirəm”.
Şikayətçi kimi biz də qablaşdırmanın üzərində qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb.