İkinci dəfə Həccə gedənlərdən 530 dollar əlavə vəsait alınacaq? - AÇIQLAMA
8-10-2016, 19:51
Oxunub: 2 839
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Səudiyyə Ərəbistanı höküməti tərəfindən Həcc və Ümrə ziyarətlərinə ikinci dəfə və ya təkrar gedən şəxslərdən 530 dollar əlavə vəsait alınacağı məsələsinə münasibət bildirib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev deyib ki, bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hökuməti tərəfindən onlara rəsmi məlumat daxil olmayıb: "Onlar Həcc və Ümrə ziyarətinə təkrar gedən insanlardan əlavə vəsaitin alınmasını nəzərdə tutan layihə hazırlayıblar, amma hələ təsdiq olunmayıb. Təsdiq olunacağı inandırıcı deyil. Çünki bu addım Səudiyyə Ərəbistanının özünə zərərdir".
H.Babayev onu da bildirib ki, bu il Azərbaycandan Həccə gedən zəvvarların təxminən 10 faizi təkrar ziyarət edənlər olub. (Report)
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər