BolgeXeber.Com » Xəbərlər » Tərtərin Nizami küçəsi yenidən qurulur-FOTO

Tərtərin Nizami küçəsi yenidən qurulur-FOTO

10-10-2016, 16:10
Oxunub: 2 348 Tərtərin Nizami küçəsi yenidən qurulur-FOTOSəkilərin tamet örtüyündə təmir-bərpa işlərinə başlanılmış, elektirik xətləri dəyişdirilərək SİP kabel xəttinə keçmişdir

Tərtər şəhəri günü-gündən dəyişir, gözəlləşir, yeniləşir. Bu gözəllik şəhərin bütün küçələrində hiss olunur. Kanalizasiya və su xətti çəkildikdən sonra küçələrdə tikinti-abadlıq işləri aparılır. Bu gün şəhərin Nizami küçəsində xüsusi bir canlanma var. Küçənin hər iki tərəfində səki daşları düzülür, kommunikasiya xətləri qaydaya salınır, istinad divarlarında bərpa işləri aparılır. Yolkənarı yaşıllıq zolaqları qaydaya salınır, yeni ağaclar əkilir. Səkilərin tamet örtüyündə təmir-bərpa işlərinə başlanılmış, elektirik xətləri dəyişdirilərək SİP kabel xəttinə keçmişdir. Müasir gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Hazırda isə küçənin asfaltlanması üçün hazırlıq işləri görülür.
Bolgexeber.com
Tərtərin Nizami küçəsi yenidən qurulur-FOTO