BolgeXeber.Com » Xəbərlər » Rusların kosmik raketi göydə partladı - VİDEO

Rusların kosmik raketi göydə partladı - VİDEO

2-12-2016, 11:12
Oxunub: 2 435 Rusların kosmik raketi göydə partladı - VİDEOBeynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb

Orbitdəki Beynəlxalq Kosmik Stansiyasına göndərilən “Proqress-MS-04” kosmik yük gəmisi Rusiyanın Tuva bölgəsinin yaşayış olmayan dağlıq ərazisi üzərində 190 km hündürlükdə qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Roskosmos”un məlumatında bildirilir. Məlumata görə, gəminin fraqmentlərinin əksəriyyəti atmosferdə yanıb.

Kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) 2,5 tondan çox yük aparırmış.

Yanacaq, su və sıxılmış qazlardan başqa gəminin göyərtəsində orbitdə ilk dəfə şirin bibər yetişdirilməsi üçün nəzərdə tutulmuş “Lada-2” istixanası, avtomatik termonizamlayıcı sistemi ilə təchiz edilmiş yeni “Orlan-BKS” skafandrı, habelə BKS-50 missiyasının heyət üzvləri üçün Yeni il bayramı ilə əlaqədar müxtəlif meyvələr olub.

Qəzanın səbəbləri araşdırılır.