Yasamalın icra başçısı cırılmış Dövlət Bayrağını niyə görmür? - FOTO
5-12-2016, 13:12
Oxunub: 1 947
"Baxan yoxdur" ona görə deyirik ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı və ya müavinləri gündə heç olmasa bircə dəfə isti otaqlarının pəncərəsindən görünən o bayrağa baxsaydılar, çoxdan cırılmış bayrağı görər və dəyişdirərdilər
Yasamal rayon İcra Hakimiyyətinin binasından cəmi 130 metr məsafədə yerləşən park var. Parkın 2008-ci ilin sentyabrında təmirdən sonra açılışı olmuşdu. 1978-ci ildə Musabəyovun heykəlinin ucaldılması ilə "Musabəyov parkı" adını alan bu park paytaxt sakinlərini keçmiş kommunist, 1929 - 1931-ci illərdə o dövrün parlament sədri olan Qəzənfər Musabəyovun abidəsi ilə qarşılayardı. Parkın yeni layihəsində Musabəyovun heykəlinin yeri boş qalmışdı. İstənilən halda abidənin yerində heykəl olacaqdı. Ancaq heykəlin yerində Azərbaycan bayrağı dalğalandı. Amma bu gün həmin bayraq baxımsız qalıb.
FaktXəbər-in məlumatına görə, bir həftədən artıqdır yarısını külək cırmış Azərbaycan bayrağına nə baxan var, nə də dəyişdirən. "Baxan yoxdur" ona görə deyirik ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı və ya müavinləri gündə heç olmasa bircə dəfə isti otaqlarının pəncərəsindən görünən o bayrağa baxsaydılar, çoxdan cırılmış bayrağı görər və dəyişdirərdilər.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər