Hansı piyadalar 100 manat cərimələnəcək?- Rəsmi açıqlama
30-01-2017, 09:35
Oxunub: 2 062
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qayda pozuntusuna görə piyadalar üçün nəzərdə tutulan 20 manat cərimə məbləğinin 100 manata qədər artırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib
BDYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev azvision.az-a bildirib ki, bu məsələdə hər bir piyada üçün cərimənin artırılmasından söhbət getmir.
Qurum rəsmisi bildirib ki, cərimələrin artırılması beton və dəmir maneələrin aşılması ilə yolun hərəkət hissəsinə çıxan piyadalar üçün nəzərdə tutulub: “Digər hallarda isə cərimə məbləği 20 manat olaraq qalır. Bunlar ayrı-ayrı qayda pozuntularıdır. Bir şəxs bilərəkdən beton və ya dəmir maneəni aşaraq yolun hərəkət hissəsinə çıxır. Məlum olduğu kimi həmin arakəsmələr nisbətən yüksək sürət olan yollarda tətbiq olunur. Belə maneələrlə təchiz olunmuş yolların hərəkət hissəsinə çıxması özünün və digər hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradır. Belə olduğundan həmin sanksiyanın cərimə məbləğinin artırılması barədə təklif olunub”.
K.Əliyev qeyd edib ki, adıçəkilən cərimə artımı ilə bağlı müzakirələr olacaq: “Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq”.
Qeyd edək ki, təklif olunan layihə Milli Məclisə göndərilib və yaz sessiyasında müzakirə olunacaq.
Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır./Azvision.az/
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər