BolgeXeber.Com » Xəbərlər » “Seks qalmaqalı”na görə qovulan direktorun yerinə təyinat oldu

“Seks qalmaqalı”na görə qovulan direktorun yerinə təyinat oldu

30-01-2017, 09:39
Oxunub: 2 321 “Seks qalmaqalı”na görə qovulan direktorun yerinə təyinat olduBir neçə gün əvvəl Şəmkirdə qalmaqallı şəkildə vəzifədən kənarlaşdırılan M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazovun yerinə təyinat olub

Lent.az xəbər verir ki, məktəbin fizika müəllimi Aidə Xəlilova Şəmkir Rayon Təhsil Şöbəsi müdirinin qərarı ilə həmin məktəbə rəhbərlik etməyə başlayıb. A.Xəlilovanın tamhüquqlu direktor olması üçün isə onun direktorlar üçün təşkil olunan imtahandan keçməsi lazımdır.

Qeyd edək ki, bir müddət əvvəl Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. X.Əliyevanın direktor tərəfindən işdən çıxarılması ilə qızışan qalmaqal zamanı A.Namazov laborantı məktəbə aid kompüterdə seksə baxmaqda və digər nalayiq hərəkətlərdə ittiham edib. X.Əliyeva isə A.Namazovu rüşvət almaqda günahlandırıb.

Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılan araşdırmalardan sonra A.Namazov məktəb rəhbərliyindən uzaqlaşdırılıb.