BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda ili köhnə olan avtomobillər bahalaşdı – QİYMƏT + VİDEO

Azərbaycanda ili köhnə olan avtomobillər bahalaşdı – QİYMƏT + VİDEO

30-01-2017, 10:12
Oxunub: 1 891 Azərbaycanda ili köhnə olan avtomobillər bahalaşdı – QİYMƏT + VİDEOPaytaxtda və bölgələrdəki maşın bazarlarında bahalaşma müşahidə olunur

Buna səbəb ili köhnə olan avtomobillərin xaricdən artıq gəlmədiyi, bunun əvəzində isə yaranan təlabatı ödəmək üçün bu cür maşınların sayının getdikcə azalmasıdır. “XəzərXəbər” bazarlardakı bahalaşmanın həcmini araşdırıb.

Alıcılar qiymətlərin bu dəfə öncəki aylardan daha çox bahalandığını bildirirlər. Hətta bu qiymət fərqinin minlərlə manat olduğunu düşünürlər.

Gəncənin avtomobil bazarında satıcılar müştəri qıtlığından şikayətlənsələr də, alıcılar buna qiymətlərin baha olmasını səbəb göstərirlər.

Bərdənin avtomobil bazarında da qiymət artımı müşahidə olunur.

Ancaq bölgələrdəki qiymət artımı paytaxtla müqayisədə daha azdır. Və Bakıdan fərqli olaraq bölgələrdə tələbat daha çox Rusiya istehsalı olan avtomobillərədir.