DYP: Lerikdə yollarda buzlaşma səbəbindən hərəkət məhduddur
2-02-2017, 14:18
Oxunub: 3 729
Azərbaycanın cənub rayonlarında temperaturun aşağı düşməsi bəzi yollarda buzlaşmaya səbəb olub
"Report"un verdiyi məlumata görə, "Azəravtoyol" ASC-nin texnika və canlı qüvvəsi hesabına yolların qardan təmizlənməsi həyata keçirilir.
Belə ki, Lənkəran-Lerik avtomobil yolunda bəzi aşırımlarda buzlaşma səbəbindən təhlükəsizliyin təmin olunması üçün yollara qum səpilir.
Lerik Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsindən "Report"a bildirilib ki, yollarda hərəkət məhdudur: "Bu səbəbdən də hər hansı bir ciddi hadisə qeydə alınmayıb".
Daha çox qar Lerikin Siyov, Bürsülüm, Hovil və ətraf kəndlərlərə düşüb. Eləcə də rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşən Blabənd kəndində, həmçinin Ambu, Peyzə küçə, Lüləkəran, Şinəband və Orand zonasında qar daha çox yağıb.
Kənd sakinlərinin bildirdiyinə görə, qarın yağması elə də ciddi problemlər yaratmayıb. Təbii qaz və elektrik enerjisinin verilişində hələlik problem yoxdur. Qəzalı xətlər bir neçə gün əvvəl təmir olunub. Rayon mərkəzinə gediş-gəlişlə əlaqədar müəyyən çətinliklər olur. Ancaq bu da texnikanın köməyi ilə aradan qaldırılır. Daha yüksəklikdə yerləşən kəndlərin əhalisi isə qışa qabaqcadan tədarük gördüyündən zərurət olmadıqda rayon mərkəzinə gəlmir. Dağ yollarında yalnız sepli texnikalar və qış yollarına cavab verən avtomobillər hərəkət edir.
Lənkəranda da qış günlərində normal həyat ritmi yaşanır. Səhər saatlarında buz bağlayan yollar texnikaların köməyi və qum səpilməsi sayəsində açılıb. İctimai və şəxsi nəqliyyat normal hərəkət edir. Lənkəranda qarın qalınlığı şəhər ərazisində 15 sm təşkil edir. Piyadaların hərəkətinin rahatlığı üçün hərəkət intensivliyi olan ərazilər də qardan təmizlənib
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər