BolgeXeber.Com » Xəbərlər » Bu ölkədə fahişəliyi leqallaşdırdılar, başkəsənlərin biznesi irəlilədi - FOTO

Bu ölkədə fahişəliyi leqallaşdırdılar, başkəsənlərin biznesi irəlilədi - FOTO

7-02-2017, 12:51
Oxunub: 3 293 Bu ölkədə fahişəliyi leqallaşdırdılar, başkəsənlərin biznesi irəlilədi - FOTOFahişəlik bütün dünyada ən qədim peşə olaraq tanınır. İndiyə qədər onun qarşısını almaq üçün nə qədər cəhd edilsə də, mümkün olmayıb

Hətta ən sərt qadağalara baxmayaraq, bu peşənin sahibləri özlərinə yol açaraq irəliləyiblər. Bəzi ölkələr isə fahişəliyin qarşısını ala bilmədiyini görəndə onun leqallaşdırılmasına qərar verdi. Bu, həm də büdcəyə pulun axınını təmin edir.

Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, fahişəlik probleminin kəskin olduğu Zimbabve də qədim peşəni leqallaşdıran ölkələr arasındadır.

2015-ci ildə bu ölkənin konstitusiyasına əhəmiyyətli dəyişiklik edildi: polislərə gecələr fahişələri həbs etmək qadağan olundu. Beləliklə fahişəlik qanuniləşdi.

Fahişələr buna sevindilər, çünki daha polisdən qaçmaq, yaxud həbs olunaraq, 6 ay dəmir barmaqlıq arasında yaşamaq cəzası yoxa çıxmışdı. Lakin onların sevinci uzun sürmədi.

Zimbabve kasıb ölkədir. Burada qadınların, demək olar ki, hamısı bu yolla pul qazanırlar. Əgər əvvəllər 6 ay həbs qorxusu bir çoxlarının bu işlə məşğul olmasının qarşısını alırdısa, indi küçələr qədim peşə sahibləri ilə doludur. Kütləvilik qiymətlərə də kəskin təsir etdi. Əvvəllər 1 saat üçün 10 dollar tələb olunurdusa, indi cəmi 2 dollar bəs edir. Həmçinin, əvvəllər fahişələr bir gecədə birdən çox müştəri tapırdılarsa, indi cəmi birini tapmaq böyük xoşbəxtlik hesab olunur.

Bütün bunlarla yanaşı, təcrübəli fahişələr öz bizneslərini xilas etmək üçün başkəsənlərə pul ödəməyə başlayıblar. Onlar pul verərək, öz rəqiblərini öldürtürürlər. Beləliklə, fahişələrin müştəri uğrunda müharibəsi cinayətlərin də sayının artmasına səbəb olub.