BolgeXeber.Com » Xəbərlər » "Kapital Bank"ın Biləsuvar filialının rəhbəri ittihamlara cavab verdi

"Kapital Bank"ın Biləsuvar filialının rəhbəri ittihamlara cavab verdi

10-02-2017, 13:19
Oxunub: 4 226 "Kapital Bank"ın Biləsuvar filialının rəhbəri ittihamlara cavab verdi"Ruslan bəy bir dəfə banka baş çəkib və deyib ki, mənim qaynımı işə qaytarın, amma həmin vəziyyətdə biz bunu eliyə bilməzdik, çünki yeni işçi götürmüşdü"

Dünən saytımızda Biləsuvar rayonunda yaşayan Ruslan Kəlbiyev tərəfindən daxil olan şikayəti işıqlandırmışdıq. Şikayətçi bildirirdi ki, Kapital Bankın Biləsuvar filialında kəndlilərin torpaq kartları müəyyən qədər rüşvət qarşılığında filialın rəhbəri tərəfindən imkanlı şəxslərə satılır.
Bankın müdiri Mahir Sultanlı Biləsuvarda qeydiyyatda olub, özü Rusiyada yaşayan vətəndaşların məxfi pinkodlu kartlarını etibarnamə tələb etmədən bəzi şəxslərə verir. Ruslan Kəlbiyev dəfələrlə öz qardaşlarına məxsus torpaq kartlarını bankdan almaq üçün getsə də, hər dəfəsində kobud rəftarla qarşılaşıb. Bu hadisə yalnız Ruslan Kəlbiyevin yox, onun bir neçə həmkəndlisinin də başına gəlib.
Məsələyə münasibətini öyrənmək üçün Mahir Sultanlı ilə əlaqə saxladıq. O bildirdi ki, şikayətçinin sizə dediyi bütün sözlər qərəzlidir. Hamısı şər-böhtandır: "Sizinlə Ruslan Kəlbiyev adı ilə danışan adam əslində bir zamanlar bizim bankda işləmiş Ərəstu Rəhimovdur. Ruslan Kəlbiyev Ərəstu Rəhimovun qaynıdır. Biz bir müddət Ərəstu Rəhimovla çalışmıq, sonra onun müqaviləsinin vaxtı bitib və biz onu işdən azad eləmişik.
Ruslan bəy bir dəfə banka baş çəkib və deyib ki, mənim qaynımı işə qaytarın, amma həmin vəziyyətdə biz bunu eliyə bilməzdik, çünki yeni işçi götürmüşdük.
O da bundan sonra başladı bizə şər atmağa. Yalandan Baş Prokurorluğa müraciət etdilər, Prokurorluq bunu araşdırdı və məlum oldu ki, deyilənlər hamısı yalandır. Ruslan bəyin dediyi şikayətçi həmkəndliləri də sonra Baş Prokurorluğa gedib ərizə yazdılar ki, bizim xəbərimiz olmadan yerimizə Mahir Sultanlıdan şikayət ediblər."- deyərək Mahir Sultanlı sözlərini yekunlaşdırdı.

Həmin videoreportajı sizə təqdim edirik.
Bolgexeber.com