BolgeXeber.Com » Xəbərlər » Azərbaycan bankları dolların sürətlə ucuzlaşıb-bahalaşmasında maraqlıdır - iqtisadçı

Azərbaycan bankları dolların sürətlə ucuzlaşıb-bahalaşmasında maraqlıdır - iqtisadçı

11-02-2017, 14:01
Oxunub: 2 171 Azərbaycan bankları dolların sürətlə ucuzlaşıb-bahalaşmasında maraqlıdır - iqtisadçı“Sahibkarlar məhsullarını bir neçə ay bundan qabaq dolların sürətlə bahalaşması zamanı alıblarsa, riskləri gözaltına alıb baha qiymətə satacaqlar”

Bunu SalamNews-a açıqlamasında iqtisadçı ekspert Nazim Bəydəmirli deyib.

Ekspert qeyd edib ki, tez bir zamanda ərzaq məhsullarının qiymətinin düşməsini gözləmək düzgün olmazdı. Çünki Azərbaycanda dolların dəyəri sürətlə qalxır və düşür: "Bu iqtisadiyyat üçün zərərlidir. Banklar dolların sürətlə ucuzlaşıb və bahalaşmasında maraqlıdırlar. Bu məlumatlar banklara haradansa sızdırılır. Onlar kurs fərqindən mənfəət əldə edirlər. Buna Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edir. Ancaq bu iki cavabdeh qurum bu məsələdə heç bir şey edə bilmirlər. Çünki ölkəyə daxil olan valiyuta Dövlət Neft Fondu vasitəsi ilə hərraclara çıxarılır. Mərkəzi Bank da öz vəsaitlərini hərraca çıxarmaqla dolların kursunu müəyyənləşdirə bilir. Əlbəttə, onlar bunu üzən məzənnəyə keçid adı altında həyata keçirirlər”.

Nazim Bəydəmirli onu da vurğulayıb ki, bu günə kimi Azərbaycanda dolların bazar qiyməti müəyyən olunmamışdı: “Hər zaman bu, inzibati metodla müyyən olunurdu. Banklararası birja da müəyyənləşdirilmirdi. Sadəcə, formal xarakter daşıyırdı. Ona görə də uzun müddət dolların bu cür sürətlə düşməsinin və qalxmasının şahidi olacağıq. Azərbaycanda dolların kursunun bu qədər artması heç də idxal məhsulları ilə bağlı deyildi. Bu əsas kapital axını ilə əlaqəlidir. Son bir neçə ildə yüksək rütbəli məmurların tutulması və işdən çıxarılması məmur sahibkarlığının öz vəsaitlərinin ölkədən çıxarılmasını situmullaşdırmışdı. Kapital axını ən böyük təzyiq idi. Dolların kursunun bu qədər yüksəlməsinin iqtisadi əsasını görmürdüm. Güman edirəm ki, Mərkəzi Bank hər ay balansını və doğru statistik rəqəmləri bizə açıqlamalıdır ki, biz də düzgün analiz edə bilək”.