BolgeXeber.Com » Xəbərlər » Niyam Salami sumqayıtlılardan üzr istədi - VİDEO

Niyam Salami sumqayıtlılardan üzr istədi - VİDEO

11-02-2017, 14:37
Oxunub: 3 235  Niyam Salami sumqayıtlılardan üzr istədi - VİDEOMüğənni Niyam Salaminin Sumqayıtda yaşayanlarla bağlı dediyi "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslərə deyilir) kəlməsi qalmaqala səbəb olub

Lent.az xəbər verir ki, ifaçı söz-söhbətə aydınlıq gətirərək, üzr istəyib:

"Bu gün xoşagəlməz sözlərlə qarşılaşdım. Dostlar, məni tanıyanlar bilirlər ki, mənim heç vaxt heç kiminlə işim olmayıb. 3 il bundan əvvəl Xırdalanda yaşayanda evimdən oğurluq edildi. Amma mən həmin adamı polisə vermədim. Hətta o, başqa oğurluq üstündə tutulanda da, buna sevinmədim. Sadəcə o gün mənə oğurluqla bağlı sual verildi, yaram təzələndi və əsəbləşib yarızarafat bunu avara uşaqlara demişəm. Əgər bu kəlməm kimlərəsə pis təsir edibsə, mən onlardan üzr istəyirəm".