BolgeXeber.Com » Xəbərlər » Tanınmış iş adamı "Azercell"i soyğunçuluqda ittiham etdi - FOTO

Tanınmış iş adamı "Azercell"i soyğunçuluqda ittiham etdi - FOTO

13-02-2017, 17:48
Oxunub: 2 569 Tanınmış iş adamı "Azercell"i soyğunçuluqda ittiham etdi - FOTO"İnsanları mal yerinə qoymaq nə imiş, görsünlər"

"İnsanları mal yerinə qoymaq nə imiş, görsünlər"

Bolgexeber.com ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış işadamı Xəyal Məmmədxanlı abunəçisi olduğu mobil operator haqqında deyib. O, qeyd edib ki, "Azercell" ilə mübarizəsini sona qədər aparacaq:

"5711 kilobayt (5 mb) internet istifadəsinə 118 manat, 147 saniyə zəngə 30 manat alan şirkətə "Azercell" deyilir. Təsəvvür edirsiniz, "Whatsapp" vasitəsilə bir foto göndərdinsə yaxus aldınsa, 120 manat ödəməlisən. Mən "Azercell" ilə mübarizəmi yarımçıq qoymayacam! İnsanları mal yerinə qoymaq nə imiş, görsünlər".

Qeyd edək ki, "Azercell" haqqında son günlər istər sosial şəbəkələrdə, istərsə də mətbuatda mənfi fikirlər səslənməkdədir.
Tanınmış iş adamı "Azercell"i soyğunçuluqda ittiham etdi - FOTO