BolgeXeber.Com » Xəbərlər » 13 yaşlı qızını qətlə yetirən ata həbsxanada öldü

13 yaşlı qızını qətlə yetirən ata həbsxanada öldü

22-02-2017, 10:10
Oxunub: 2 500 13 yaşlı qızını qətlə yetirən ata həbsxanada öldüYanvarın 31-də Quba rayonunun Alpan kəndində 13 yaşlı qızı Səfurə Süleymanovanı qətlə yetirən Süleymanov Əşrəf Əlməmməd oğlu bu gün həbsxanada ölüb

Bu barədə Quba Rayon İcra Hakimiyyətinin Alpan İƏD-nin nümayəndəsi Tofiq Qubadov məlumat verib.

O bildirib ki, Əşrəf Süleymanov qətl ilə bağlı Quba Rayon Prokurorluğuna, oradan isə məhkəməyədək Şüvəlan təcridxanasına aparılmışdı.

"Bu gün eşitdik ki, o, orda ölüb, xəbəri ailəsi də bilir. Əşrəfin Bakıdakı qardaşı onu Qubaya gətirmək istəyir", - deyə T.Qubadov əlavə edib.

Onun sözlərinə görə, ölüm xəbərini mərhumun Bakı şəhərində yaşayan qardaşı Cəlilulla Süleymanov kənddə qalan anasına telefon danışığı zamanı bildirib. Mərhumun ruhi xəstə olduğu bildirilirdi./report