BolgeXeber.Com » Xəbərlər » Avstraliyada sörfinqçinin köpək balığından xilas olduğu kadrlar qeydə alınıb - VİDEO

Avstraliyada sörfinqçinin köpək balığından xilas olduğu kadrlar qeydə alınıb - VİDEO

25-02-2017, 10:03
Oxunub: 2 017 Avstraliyada sörfinqçinin köpək balığından xilas olduğu kadrlar qeydə alınıb - VİDEOAvstraliyada sörfinqçinin böyük ağ köpək balığının hücumundan necə xilas olduğu kadrlar qeydə alınıb

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Yeni Cənubi Uels ştatının hökuməti tərəfindən lentə alınan hadisə ötən yay Ballina şəhəri yaxınlığında baş verib.
Pilotsuz aparatın çəkdiyi kadrlarda köpək balığının bir metrdən də az məsafədə sörfinqçiyə yaxınlaşdığını, lakin son anda nədənsə səmtini dəyişərək digər sörfinqçinin olduğu istiqamətdə hərəkət etdiyini görmək olaar.Nəşr yazır ki, 2014-ci ildən bu yana həmin ərazidə 11 nəfərə köpək balığı hücumu baş verib ki, onlardan da ikisi faciə ilə nəticələnib.