BolgeXeber.Com » Xəbərlər » Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib

Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib

27-02-2017, 12:04
Oxunub: 2 209 Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilibBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq, silsilə tədbirlərə start verildi

Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Turizm İnformasiya mərkəzinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Regional İdarənin tabeliyində olan nümayəndəliklər də iştirak edirdi. Anım tədbiri “ Qar üstünə qan yağır” başlığı altında təşkil olundu.

Tədbir iştirakçıları öncə Xocalı soyqırımının acılarını özündə əks etdirən sərgiylə tanış oldu, bundan sonra tədbirin rəsmi hissəsi başlandı.

Tədbiri giriş sözü ilə BərdəTurizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov açaraq Xocalı faciəsinin qurbanlarını bir dəqiqəlik sükütla yad etməyi xahiş etdi. Hikmət Heydərov Faciənin ağrı və acılarından ətraflı söz açdı. O, bildirdi ki, : - “Xocalı 613 nəfər həmvətənmizin yaşamaq hüququnun əlindən alındığı, körpələrin süngüyə keçdiyi, hamilə qadınların qarnının yarıldığı, insanlığın və vicdanın yox olduğu bir yer idi”.

Sonra Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyhun İsmayılzadə çıxışında bildirdi ki, :- “Xocalı soyqırımı yalnız Azərbaycanın deyil bəşəriyyətin faciəsidir. Xocalı faciəsini yad etməklə yanaşı həm adə dünyada tanıdılması, haqq ədalətin öz yerinin tapması üçün əzmlə çalışmalıyıq”. Daha sonra o, bildirdi ki, : - “Xocalı soyqırımına ilk dəfə tarixi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Bu gün də dövlətimiz Xocalı soyqırımını xarici dövlətlər və təşkilatlar arasında hüquqi qiymət verilməsi üçün lazımlı tədbirləri görür”.

C. İsmayılzadə sonda nitqində bildirdi ki, :- “Azərbaycanın qəhrəman, cəsur oğulları Xocalıdakı ah-naləni, tökülən qanı yerdə qoymayacaq”.

Çıxışlardan sonra Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin hazırladığı “ Xocalı fəryadı” adlı musiqili kompozisiya təqdim edildi.

Kompozisiyanın ardınca Aqil Abbasın “ Dolu” romanının ssenarisi əsasında çəkilmiş “ Dolu” filmi nümayiş etdirildi.
Bolgexeber.com
Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib
Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib
Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib
Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib
Bərdədə Xocalı Soyqırımının 25-ci ildönümünü ilə bağlı silsilə tədbirlər keçirilib