“Azəriqaz”da kütləvi “təmizləmə” - BİR GECƏDƏ DEPARTAMENT RƏSİLƏRİ “VURULDU”
11-03-2017, 15:08
Oxunub: 2 157
Dünən gecə Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində bir neçə yüksək vəzifəli şəxs qəfil işdən azad edilib
Bu barədə Gununsesi.info-ya “Azəriqaz”ın adının çəkilməsini istəməyən yükəsk vəzifəli işçilərindən biri məlumat verib. Məlumatda qeyd olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bir gecədə birliyin Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərini onların özünə demədən işdən azad edib.
Bu gün səhər işə gələn həmin şəxslərə artıq bu qurumdan kənarlaşdırıldıqları barədə xəbər verilib. Məlumatda bildirilir ki, baş direktor bu əmri verərkən, Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub.
Gununsesi.info-nun əməkdaşı qurumdakı kütləvi işdən çıxarılmaların səbəbini öyrənmək üçün baş direktor Əkbər Hacıyevlə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməyib.
“Azəriqaz”da baş verənlərlə bağlı gün ərzində maraqlı xəbərləri təqdim edəcəyik.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər