BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyində teatr tamaşası-FOTO

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər nümayəndəliyində teatr tamaşası-FOTO

14-03-2017, 18:41
Oxunub: 2 789 Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər  nümayəndəliyində teatr tamaşası-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyində teatr tamaşası nümayiş etdirildi

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi nümayəndəliklər arası əlaqələrin müntəzəm şəkildə təşkil olunmasında mütəmadi işlər görür. Belə ki, regional idarə və idarənin nümayəndəliklərində müxtəlif tipli tədbirlər, tamaşalar, konsertlər və s mədəni-kütləvi tədbirlər təşkil olunur. Bu tədbirlərdə regionun geniş kontingentindən istifadə olunmaqdadır. Buna bariz nümunə olaraq bu günlərdə Regional İdarənin Tərtər rayon nümayəndəliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Regional İdarəsinin Yevlax Rayon Mədəniyyət Mərkəzinin Kukla Xalq teatrının hazırladığı “Tülkünün uçuşu” adlı xalq nağılı əsasında hazırlanmış teatr tamaşasını misal çəkmək olar. Teatrın təşkil olunmasında əsas məqsədlərdən biri region və bölgələr arasında əlaqələrin genişləndirilməsi və daha da müntəzəm şəkildə fəaliyyətin təşkil olunması idi.
Tamaşa öncəsi Tamaşanın quruluşcu rejisoru Zöhrə Adıgözəlova tamaşaçılar qarşısında şıxış edərək tamaşa haqqında məlumat verdi. Daha sonra Zöhrə xanım hamını tamaşanı izləməyə dəvət etdi. Tamaşa iki seansda nümayiş etdirildi.
Tamaşada Tərtər məktəbliləri , məktəblilərin valideyinləri eləcə də mədəniyyət işçiləri iştirak edirdi. Tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Onuda qeyd edək ki, bu cür əməkdaşlıq bundan sonra daha da geniş şəkildə təşkil olunacaqdır.
Bolgexeber.com