BolgeXeber.Com » Xəbərlər » Qaradağ Su­Kanal İdarәsi qaçqınların “cibinә girir”

Qaradağ Su­Kanal İdarәsi qaçqınların “cibinә girir”

15-03-2017, 10:43
Oxunub: 2 741 Qaradağ Su­Kanal İdarәsi qaçqınların “cibinә girir”Hәtta, bununla bağlı rәsmi sәnәdlәşmә apararaq, hәr bir köçkün ailәsinә borc da yazırlar

Bu gün Qaradağ rayonu әrazisindә yaşanan çoxsaylı problemlәrdәn biri dә, tәqribәn 1680 ailәni әhatә edәn vә 6892 nәfәr mәcburi köçkünün başına gәtirilәn hәngamәlәrin varlığıdır. Bu haqda mәlumatları “Gündәm Xәbәr”ә çatdıran vә adının çәkilmәsini istәmәdiyimiz mәnbәnin bildirdiyinә görә, hәlә bir müddәt bundan әvvәl adı çәkilәn rayonun Su¬Kanal İdarәsinә Әhliman müәllimin müdir tәyin olunması, mәhz çoxsaylı problemlәrin dә әmәlә gәlmәsinә sәbәb oldu. Mәsәlәn, çatdırılan mәlumatlarda bildirilir ki, әgәr 2013¬cü ildәn bu günә kimi mәcburi köçkün ailәsinin hәr üzvünә 5 kub içmәli tәmiz su verilirdisә vә verilәn hәr kub suya görә, Qaçqın vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsindәn ayrılan vәsait Qaradağ rayon SuKanal İdarәsinә köçürülürdüsә, bu heç vaxt hansısa söz¬söhbәtin әmәlә gәlmәsinә dә sәbәb olmurdu. Amma, bu gün yeni rәhbәrliyin atdığı addımların nәticәsindә “yeni ocaq”lar yanmağa başlayıb. Çünki, hәr bir köçkün ailәsinin üzvü ay әrzindә verilmiş normadan az miqdarda içmәli su işlәdirsә, demәli ona aid Su¬Kanal İdarәsinin balansında xeyli miqdarda vәsait qalır. Әslindә hәmin vәsait dövlәt tәrәfindәn ödәnildiyi üçün, toplanmış vәsaitlәr mәcburi köçkün ailәsinin hәr bir üzvünә çatmalı vә hәmin şәxş dә, toplanmış vәsaitdәn istәdiyi formada istifadә etmәk hüququna malikdir. Bәs bu gün nәlәr baş verir ki, Әhliman müәllimin rәhbәrlik etdiyi qurum әmәlli-başlıca müәyyәn sözsöhbәtlәrin dә әmәlә gәlmәsinә sәbәb olmaqdadır. Belә ki, verilәn mәlumatlarda o da bildirilir ki, son günlәr Qaradağ rayon Su¬Kanal İdarәsinin әmәkdaşları mәcburi köçkünlәrin yaşadığları mәnzillәrә gedir vә içmәlu sudan istifadәyә görә borc әmәlә gәldiyini dә bildirirlәr. Hәtta, bununla bağlı rәsmi sәnәdlәşmә apararaq, hәr bir köçkün ailәsinә borc da yazırlar. Düzdür, 2017¬ci ildә mәcburi köçkünlәrin kommunal xidmәtlәrdәn istifadәyә görә imtiyazları lәğv edildi. Amma, Qaçqın vә Mәcburi Köçkünlәrin İşlәri üzrә Dövlәt Komitәsindәn mәcburi köçkünlәrә içmәli tәmiz suya görә ödәnilmiş vәsaitlәrin xeyli hissәsi Qaradağ rayon Su¬Kanal İdarәsinin balansında qalsa da, yeni rәhbәrlik toplanmış vәsaitlәri sahiblәrinә vermәkdәn imtina edir. Bu da mәcburi köçkün ailәlәrinin haqlı narazılığına sәbәb olmaqdadır. Faciә odur ki, Su¬Kanal İdarәsinin әmәkdaşları mәcburi köçkün ailәlәrinә borc yazarkәn onu da bildirirlәr ki, “heç dә narahat olmayın, yazılmış borcları mart ayında silәcәyik”. O halda sual oluna bilәr ki, bu cür addım nәyә әsaslanıb atılacaq? Axı, bu ilin әvvәlindәn mәcburi köçkünlәrin kommunal xidmәtlәrә görә imtiyazları lәğv edildi. Demәli, qrum әmәkdaşlarının bu cür oyun qaydaları qurmalarına sәbәb, ötәn illәr әrzindә yığılıb qalan vә mәcburi köçkünlәrә verilmәli olan tәqribәn 20¬30 min vәsaitin, Qaradağ rayon Su¬Kanal İdarәsi tәrәfindәn mәnimsәnilmәsinә hesablanmış addımdır. Yaşanan olay diqqәti cәlb etdiyindәn, inanırıq ki, “Azәrsu”ASC¬nin rәhbәrliyi yaşanan problemә diqqәt göstәrәcәk vә hәlli istiqamәtindә әmәli addımlarını da atacaq. Problemin varlığını diqqәtdә saxlayacağıq. Araşdırmalarımız davam edәcәk. Açıqlamada adı çәkilәn hәr kәsin mövqeyini dinlәyә bilәrik.