BolgeXeber.Com » Xəbərlər » Sabah 23 dərəcə isti olacaq

Sabah 23 dərəcə isti olacaq

29-03-2017, 15:56
Oxunub: 2 409 Sabah 23 dərəcə isti olacaqMartın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq

Bolgexeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun yarımadada gecə 4-7° isti, gündüz 13-18° isti, Bakıda gecə 5-7° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.