BolgeXeber.Com » Xəbərlər » Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyib

Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyib

30-03-2017, 09:39
Oxunub: 2 533 Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyibDünən Yeni Yasamalda yerləşən binada baş vermiş yanğında tanınmış teleaparıcı Vüsalə Kərimovanın da evinə güclü ziyan dəyib

Bolgexeber.com bu barədə Milli.Az-a istinadla xəbər verir.

“Mənim evim 10-cu, qonşunun evi isə 11-ci mərtəbədədir. 11 mərtəbəli binanın 11-ci mərtəbəsi yanıb. Yanğından evimə də ciddi ziyan dəyib. Bayaq təhqiqatdan gəlib qiymətləndirmə etdilər. Hardasa qiymətləndirmə 7 min manat yazdı. Üç otaq, bir mətbəx, dəhliz, hamam, ayaqyolu baxımsız haldadır. Bir sözlə, evim su içindədir”.
Yasamalda baş verən yanğında aparıcıya da ziyan dəyib