"Boş iş yerləri var, amma hərəsinin öz qiyməti..." - Qazaxda(ŞİKAYƏT)
7-04-2017, 09:40
Oxunub: 3 005
Məqsəd boş iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, vakant yerlər rüşvət müqabilində satılır
Qazax rayon Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibovun fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Bildirilir ki, Elçin Nəsibov rayonda əmək yarmarkası keçirsə də, işaxtaranlar işlə təmin olunmur, yarmarka formal xarakter daşıyır.
Məqsəd boş iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, vakant yerlər rüşvət müqabilində satılır.
Rayon sakinlərinin DİA.AZ-a bildirdiyinə görə, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır: "Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib.
Hazırda Qazax Qaz İstismar Sahəsində 3, Mənzil İstismar Sahəsində isə 5-10 boş yer var. Lakin növbədə vakant yerin sayından artıq vətəndaş var. Bundan sui-istifadə edən Qazax rayonu Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədənkənar qəbul edir”.
Növbədə olan vətəndaşların iddiasına görə, 100-150 manat müqabilində vətəndaşlar işlə təmin olunur. Vanakt yerlərin müsabiqəyə çıxarılmaması isə iş axtaranların narazılığına səbəb olur.
P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər