BolgeXeber.Com » Xəbərlər » 117 yaşlı qadın UZUN YAŞAMAĞIN sirrini açdı – “Ərinizi bayıra atın!”

117 yaşlı qadın UZUN YAŞAMAĞIN sirrini açdı – “Ərinizi bayıra atın!”

20-04-2017, 18:02
Oxunub: 2 785 117 yaşlı qadın UZUN YAŞAMAĞIN sirrini açdı – “Ərinizi bayıra atın!”Dünyanın ən yaşlı insanı Emma Morano bu il 117-ci doğum gününü qeyd edib

117-ci yaş günündə Morano uzun yaşamasının sirrini açıqlayıb.
Emma Morano 1800-cü illərdə doğulmuş və hələ də yaşayan son insandır. 8 uşaqlı ailənin ilki olan Morano 29 noyabr 1899-cu ildə İtaliyanın Piyemonte bölgəsində anadan olub. Ömrünə şantajla başlayan bir evlilik, oğlunun ölümünün acısını sığışdırmış Morano bu il Amerikalı Mushatt Consun ölümünün ardından rəsmən “dünyanın yaşayan ən yaşlı qadını” elan olub.
BBC-nin xəbərinə görə, Emma Morano uzun ömrünün sirrinin qismən genetik olduğunu deyib. Moranonun anası 91 yaşına qədər, bir neçə bacısı isə 100 ildən artıq yaşayıb.
90 ildən çoxdur hər gün iki çiy, bir bişmiş yumurta yeyən Morano uzun yaşamasının qismən bu pəhrizdən də qaynaqlandığını düşünür.
Moranoya görə, uzun həyatının bir sirri də 1938-ci ildə 6 aylıq oğlunun ölümündən sonra ərini evdən qovmasıdır. Heç vaxt sağlam bir ailəsi olmadığını deyən Morano ərinin onunla şantaj yolu ilə evləndiyini deyib: “Mənə “Ya mənimlə evlənərsən, ya da səni öldürərəm” – dedi. 26 yaşım vardı və məcbur qalıb evləndim. Aşiq olduğum gəncin 1-ci Dünya Müharibəsində öldürülməsindən sonra kimləsə evlənməyi düşünmürdüm. Ancaq həyat yoldaşımın məni şantaj etməsi ilə evlənməkdən başqa bir çarəmin olmadığını düşündüm”.
Evliliyi 1978-ci ildə əri ölənə qədər davam etsə də Morano 1938-ci ildə ərini evdən qovub. 75 yaşına qədər işləyib və bir daha ərə getməyib. Morano New York Times qəzetinə verdiyi açıqlamada bunun səbəbini belə açıqlayıb: “Kimsənin üzərimdə hakim olmasını istəmədim”. (moderator.az)