BolgeXeber.Com » Xəbərlər » ATV-nin efirində biabırçılıq: onu ələ saldılar - Video

ATV-nin efirində biabırçılıq: onu ələ saldılar - Video

21-04-2017, 14:41
Oxunub: 1 858 ATV-nin efirində biabırçılıq: onu ələ saldılar - VideoATV-nin efirində yayımlanan "İdeya qazandı" verilişində münsiflərin iştirakçılardan birinə qarşı sərgilədiyi münasibət birmənalı qarşılanmayıb

Azxeber.com xəbər verir ki, kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyasını münsiflər lağa qoyublar. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə uğunublar.

Münsiflərin gülüşünün əsas səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa, onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.