BolgeXeber.Com » Xəbərlər » Birinci vitse-prezident: “Bakı IV İslam Həmrəyliyi Oyunlarının açılışına hazırdır” - VİDEO

Birinci vitse-prezident: “Bakı IV İslam Həmrəyliyi Oyunlarının açılışına hazırdır” - VİDEO

21-04-2017, 21:46
Oxunub: 1 805 Birinci vitse-prezident: “Bakı IV İslam Həmrəyliyi Oyunlarının açılışına hazırdır” - VİDEOBirinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib

Bolgexeber.com-un məlumatına görə, iclasda çıxış edən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki, nəzərdə tutulan bütün hazırlıqlar tədbirlər planına uyğun şəkildə həyata keçirilib.
Mehriban Əliyeva bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılışına və keçirilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir.
Mehriban Əliyeva qeyd edib ki, son illər paytaxt Bakıda bir çox böyük beynəlxalq idman yarışları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır.
Mehriban Əliyeva deyib ki, son illər bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. İslam Həmrəyliyi Oyunları bu cür stereotipləri qırmaq üçün də bir fürsətdir. Müsəlman ölkələri bir araya gələrək dünyaya dostluq, qardaşlıq, sülh mesajları verəcək.
IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Bakı şəhəri oyunların açılışına tam hazırdır.
Sonra gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, daxili işlər naziri Ramil Usubov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: