Hacı İbrahim Nehrəmlinin “Rolls Royce” maşını hərraca çıxarıldı-Kreditdə imiş
29-04-2017, 13:05
Oxunub: 4 879
Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern” rəhbəri nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobili də kreditdə imiş
Gununsesi.info-nun iş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb. Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib.
Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.
Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər