Başqasının adına SİM kartı olanlara qadağa qoyulacaq
12-05-2017, 10:00
Oxunub: 3 176
“SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq”
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, yeni qanun müəyyən problemlər yarada bilər:
“Ailələrin əksəriyyətində uşaqların işlətdikləri nömrələr, həmçinin xeyli sayda yaşlı sakinlər var ki, onların işlətdikləri nömrələr, bir sıra hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.
Əgər qanun layihəsi son dövrlərin təcrübəsinə əsaslanaraq heç bir ictimai müzakirə olmadan bu formada qəbul olacaqsa, deməli, buna uyğun da yeni cərimələr qaçılmaz olacaq.
Ümumiyyətlə, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm”.
Qeyd edək ki, Milli Məclisdə “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.
Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər