BolgeXeber.Com » Xəbərlər » Elektriki kəşf edən alimdən 2035-ci illə bağlı İDDİALI PROQNOZLAR

Elektriki kəşf edən alimdən 2035-ci illə bağlı İDDİALI PROQNOZLAR

30-05-2017, 16:20
Oxunub: 2 068 Elektriki kəşf edən alimdən 2035-ci illə bağlı İDDİALI PROQNOZLARÖtən əsrin ən böyük dahilərindən olan alim Nikola Tesla 2035-də Ətraf Mühiti Qoruma Agentliyi katibəsinin ABŞ prezidentindən belə daha önəmli olacağını deyib

Elektrikin kəşfində liderlik etmiş Yuqoslav əsilli alim Tesla 1937-ci ildə “Liberty” jurnalına verdiyi müsahibədə 21-ci əsrlə bağlı proqnozlarını da bölüşüb.
Tesla “Edison, Stainmetz, Markoni və digərləri kabelsiz yolla Atlantik Okeanının üzərindən bir siqnal göndərməyin qeyri-mümkün olacağını iddia edirdilər, ancaq bir çox mühüm kəşfin əvvəlcədən xəbərçisi olduğum üçün bəlkə də 21-ci əsrdə həyatın necə olacağı ilə bağlı ehtimal verməyə çalışsam, çox da səhv etmərəm” deyib.
Prezidentdən də əhəmiyyətli olacaq
Müsahibəyə görə, ixtiraçı və mühəndis Tesla ölümündən 35 il sonra qurulacaq olan Amerika Birləşmiş Ştatları Ətraf Mühitin Mühafizəsi Agentliyinin əhəmiyyətini nəzərdə tutub. Tesla qısa adı EPA olan agentliyi o illərdə Gigiyena və Bədən Mədəniyyəti Agentliyi kimi təsvir edib: “Gigiyena və bədən mədəniyyəti təhsili hökumətin siyasətinin bir hissəsi kimi tanınacaq. 2035-ci ildə Gigiyena və Bədən Mədəniyyəti Agentliyi katibəsi ABŞ prezidentindən daha əhəmiyyətli olacaq. Nyu-Yorkdakı hava çirklənməsi bizim ulu babalarımız üçün ağıl almayan miqyasda olacaq, eyni zamanda su təminatına böyük önəm veriləcək”.
Düşünən maşınlar
Tesla robot elmiylə 1880-ci illərdə məşğul olmağa başlayıb və kabelsiz uzaqdan idarə olunan gəmi icadı ilə hər kəsi heyrətə salıb. Həmçinin indi istifadə etdiyimiz ağıllı telefonlar barəsində hələ illər öncə xəbər verib.
Teslanın robot elmi haqqında dedikləri belədir: “Maşını yox etmək deyil, nə etmək lazım olduğunu öyrətmək lazımdır. Bu gün gördüyümüz hər işi gələcəkdə robotlar edəcək. Bir vaxtlar qulların gördüyü işləri robotlar görəcək. Əllə görülən işlərin yerini maşın alacaq. Elm adamları hazırda laboratoriyalarda “düşünən maşınlar” icad etməyə çalışır.
Tesla qəzetlərdə də elmi ixtiraların böyük ölçüdə yer alacağını bildirib.

21-ci əsrin lüks restoranlarında süd və taxıl
Teslanın 21-ci əsr insanının qidalanma vərdişləri ilə bağlı proqnozları da var. 80 il əvvəl sağlam qidalanma ilə bağlı fikirlər bildirib: “Mən ət yemirəm, yaxında hər kəs də bu şüurda olacaq. Eyni zamanda çay, qəhvə və tütün də çox populyar olmayacaq. Amma spirt hər zaman cəlbedici olacaq. Hindistan və Çində milyonların ərzaq ehtiyacı üçün kifayət qədər buğda olacaq, sıradan çıxmış torpaqlar da kimyəvi maddələrin köməyi ilə yenidən canlanacaq.
Narkotiklər cəzalar tətbiq etməklə yox olmayacaq, ancaq zərərli maddələrlə orqanizmi zəhərləmək dəbdən düşəcək. Süd, bal, taxıl kimi təbii qidalar 21-i əsrdə ən lüks restoranlarda da axşam yeməklərində istifadə edilən əsas qidalar olacaq”. (moderator.az)