BolgeXeber.Com » Xəbərlər » Yeni növ ictimai nəqliyyat icad olunub – VİDEO

Yeni növ ictimai nəqliyyat icad olunub – VİDEO

30-05-2017, 17:24
Oxunub: 2 427 Yeni növ ictimai nəqliyyat icad olunub – VİDEOİlon Maskın “The Boring Company” innovasiya şirkəti yeraltı avtobusun konseptini təqdim edib

Bu yeraltı avtobus sərnişinləri Los-Ancelesin altında yerləşən tunel boyu daşıyacaq.

Oxu.Az xəbər verir ki, yeni nəqliyyat növünün eskizlərini şirkət öz saytında dərc edib.

Məlumatda qeyd edilir ki, tunellərin yeraltı sistemi 30 səviyyədən ibarət olacaq. Avtobus relslər ilə hərəkət edəcək, salonda sərnişinlər üçün oturacaqlar olacaq.

Avtobusun korpusu iri şüşə paneldən ibarətdir.

Vankuverdə keçirilən sərgidə İlon Mask Los-Anceles üçün hazırlanmış yeraltı ictimai nəqliyyatın konseptini təqdim edib. Yeni nəqliyyat növü 200 km/saata qədər sürət yığa bilir.