BolgeXeber.Com » Xəbərlər » “Nar” İslam həmrəyliyi ilinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək oldu - FOTO
“Nar” İslam həmrəyliyi ilinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək oldu - FOTO
30-05-2017, 17:42
Oxunub: 2 298
"Nar" İslam həmrəyliyi ilinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub
Azərbaycan Respublikasının Təhsil nazirliyinin təşkilatçılığı ilə 27 may 2017-ci il tarixdə ölkənin müxtəlif bölgələrində eyni vaxtda təşkil edilən bilik yarışı 1500-dən çox bölgə məktəblilərinin iştirakı ilə keçirilib. İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri 2017-ci ildə məktəblilər arasında Azərbaycan "Brain Ring" çempionatında iştirak etmək hüququ qazanıblar.
Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində hər zaman təhsil və maariflənməyə xüsusi diqqət ayıran "Nar" İslam həmrəyliyi ilinə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına da dəstək olmağa qərar verib. Belə ki, Bakı, Gəncə, Şirvan, Sumqayıt, Mingəçevir, Şəmkir, Masallı, Quba, İmişli, Göyçay və Zaqatala şəhərlərində eyni vaxtda keçirilən intellektual oyunun qalibləri olmuş məktəbliləri dəyərli hədiyyələrlə mükafatlandıran mobil operator, habelə bu bilik yarışının keçirildiyi 11 bölgənin hər birində xüsusi "Nar" köşələri təşkil edib. Yarış bölgələrin sosial-ictimai həyatında önəmli rol oynamaqla yerli məktəblilərin böyük marağına səbəb olub.
"Nar" KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər