BolgeXeber.Com » Xəbərlər » Taksi sürücüsü qadın müştəriyə mesaj yazdı... - VİDEO

Taksi sürücüsü qadın müştəriyə mesaj yazdı... - VİDEO

31-07-2017, 09:53
Oxunub: 2 063 Taksi sürücüsü qadın müştəriyə mesaj yazdı... - VİDEOBakıda taksi şirkətlərindən birinin sürücüsü xanım müştərinin ünvanına apardıqdan sonra ona tanışlıq mesajı yazıb

Bu isə xanımın narazılığına səbəb olub. Hətta bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusunada çevrilib. Bəs belə halda həmin sürücünü hansı cəza gözləyir? Hüquqşunaslar məsələyə aydınlıq gətirib.

Bolgexeber.com Xezerxeber.az-a istinadən xəbər verir ki, şirkətdən taksi sifariş edən qadın sərnişinə sürücü sonradan zəng vuraraq onunla tanış olmaq istəyib.

Sürücü xanımın vatcap nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib. Ancaq, xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib.

Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb.Təbiiki sosial şəbəkədə paylaşılan bu fotoda istifadəçilərin narazılığına səbəb olub.

Hüquqşunas Xəyal Bəşirov deyir ki, əgər sürücü mütamadi olaraq vətəndaşı narahat edərsə o zaman həmin sürücü inzibati qaydada cəzalandırla bilər.

Belə halla qarşılaşan qadın müştərilər polisə müraciət edə bilər.

Taksi sürücüsü qadın müştəriyə mesaj yazdı... - VİDEO