BolgeXeber.Com » Xəbərlər » AZƏRBAYCANDA DƏHŞƏT: 86 yaşlı atası ilə 79 yaşlı anasını öldürüb qaçdı

AZƏRBAYCANDA DƏHŞƏT: 86 yaşlı atası ilə 79 yaşlı anasını öldürüb qaçdı

22-09-2017, 13:36
Oxunub: 1 643 AZƏRBAYCANDA DƏHŞƏT: 86 yaşlı atası ilə 79 yaşlı anasını öldürüb qaçdı Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib

Dünən Gədəbəy rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Qurudərə kəndində yaşayan Şöhrət Məsimovun amansızlıqla öldürdüyü atası Mikayılın 86, anası Aynanın isə 79 yaşı olub.

Bildirilir ki, ahıl ata-anasını öldürən 55 yaşlı Şöhrət Məsimov ailəsi ilə birgə Bakıda yaşasa da, hər il yay fəslində rayona gedirmiş. O, kənddə təsərrüfat işləri ilə məşğul olurmuş. Bununla yanaşı, Ş.Məsimov spirtli içkiyə meylli şəxs kimi də xarakterizə olunur. Qətlin də onun spirtli içki qəbul etməsindən sonra törədildiyi ehtimal edilir.

Hadisənin baş vermə şəraitinə gəlincə, dünən saat 16 radələrində Ş.Məsimov ata-anasını öldürərkən evdə və yaxınlıqda başqa heç kim olmayıb. Daha sonra onun qardaşının həyat yoldaşı evə gəlib və qayınanası ilə qayınatasının qan içində yerdə qaldığını görüb.

Hazırda qətli törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.


*****

12:09

Gədəbəy rayonunda dəhşətli hadisə baş verib.Bolgexeber.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.