Məşhur taksi şirkətini aldığı deyilən Əhəd Abıyev təhqir etdi
22-09-2017, 13:32
Oxunub: 2 621
"Onu deyənin... kamaz şoferiyəm, nəyəm?"
Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılması haqda məlumat yayılıb.
Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Aztaksi” adı ilə mesajlar da göndərilir.
Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.
Bolgexeber.com xəbər verir ki, a24.az sözügedən məsələ ilə bağlı Ə, Abıyevdən açıqlama alıb. O, məlumatın yanlış olduğunu və elə bir taksi şirkətinin olmadığını bildirdi.
“Mənim haqqımda bu yalan məlumatı yayan başından böyük “səhv” edir. Hansısa müxbir araşdırmadan haqqımda məlumat yayır. Sonra mənə zəng edib, əsəbləşdirirlər. Haqqımda bu məlumatı yayanı… kamaz şoferiyəm, nəyəm?(Etik qaydaları gözləmək məcburiyyətindəyik-red.) Necə deyirəm elə də yaz. Mən dövlət qulluqçusuyam. Taksi şirkəti nəyimə lazımdır? Şükür, öz vəzifəm var. Bu, mənə bəs edir.”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər