BolgeXeber.Com » Xəbərlər » "Kamil Zeynallı heç bir medal və mükafatla təltif edilməyib" - Rəsmi açıqlama

"Kamil Zeynallı heç bir medal və mükafatla təltif edilməyib" - Rəsmi açıqlama

5-02-2021, 12:03
Oxunub: 1 377 Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bolgexeber.com xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib.