BolgeXeber.Com » Xəbərlər » Bu gün neçə nəfərə vaksin vurulub?

Bu gün neçə nəfərə vaksin vurulub?

24-04-2021, 18:03
Oxunub: 1 336 Bu gün Azərbaycanda koronavirus əleyhinə 16 min 90 vaksin vurulub.

Bolgexeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 8 min 830, ikinci mərhələ üzrə 7 min 260 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 412 min 481, birinci mərhələ üzrə vaksin olunanların sayı 934 min 906, ikinci mərhələ üzrə isə 477 min 575 təşkil edir.