Ramazan bayramı günlərində Azərbaycanda sərt karantin ola bilərmi? - AÇIQLAMA
29-04-2021, 16:50
Oxunub: 1 416
Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır.
Bolgexeber.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, Ramazan bayramı ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun bir şəkildə və ölkə daxili və xarici epidemioloji gərginliyi nəzərə alaraq bir sıra ölkələrdə bayram günlərində qapanmalara getmə planları var:
"Amma ölkəmiz üçün bunu dəyərləndirdiyimiz zaman, xüsusən son günlərdə alovun nisbətən sabitləşməsi, hətta düşüşə meyilliliyin artması, yoluxanlarla sağalanlar arasında nisbətin müsbət tendensiya tərəfə dönməsi kimi hallar ölkəmizdə bayram günlərində sərt karantin tətbiqi ilə bağlı qərarın alınmasına ehtiyac olmayacağını göstərir.
Bu gün qardaş Türkiyədə sərt qapanmaya getmək qərarının verilməsinin izahatını belə verə bilərəm ki, hər nə qədər aramızda əhalinin sayına görə 9-10 dəfə fərq olsa belə, günlük yoluxanların sayına baxdığımız zaman bizdəki yoluxma sayı ilə müqayisədə Türkiyədə 25-30 dəfə artıq yoluxma sayı görsənir. Ona görə də mən onu deyə bilərəm ki, Azərbaycanda günlük yoluxmaların sayı və gedişata baxdımız zaman biz epidemioloji vəziyyətə və xəstəxanalarda doluluq nisbətinə görə 2-3 dəfə daha yaxşı vəziyyətdə hesab oluna bilərik.
Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, vəziyyət bu şəkildə davam etdiyi müddət içərisində xüsusi sərt qapanma rejiminə və ya rejimin ağırlaşdırılmasına yəqin ki, ehtiyac olmayacaq”.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman