BolgeXeber.Com » Xəbərlər » Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı

29-04-2021, 19:30
Oxunub: 1 208 Azərbaycanda bu gün 15 465 nəfər vaksinasiya olunub.

 Bolgexeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 206 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 471 579, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 959 804, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 511 775 nəfər təşkil edir.