BolgeXeber.Com » Xəbərlər » İmişli polisi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir

İmişli polisi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir

3-05-2021, 11:50
Oxunub: 1 808 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Bolgexeber.com xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət İmişli rayonunda da ciddi şəkildə həyata keçirilir.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejim qaydalarına riayət olunması məqsədilə tədbirlərini davam etdirirlər.
Bundan başqa polis əməkdaşları İmişli rayonu ərazisində hərəkət edən inəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər, tez-tez yoxlamalar aparırlar. 
 
Polis əməkdaşları həmçinin vətəndaşlarla mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu , bu tədbirlərin məhz sakinlərin sağlamlığı naminə görüldüyü bir daha onların diqqətinə çatdırılır. 
Bolgexeber.com bildirir ki, bəzi mətbu orqanlarda İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının guya İmişlidə vətəndaşların qanunsuz məclislər təşkil etməsinə göz yumması haqda yayılan məlumatlar həqiqətə uyğun deyil ,tamamilə yalandır. İmişli polisi daima qanunçuluğun keşiyində sayıqlıqla durub və pandemiya  dövründə də karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir, bundan sonra da nəzarət etməkdə davam edəcək.