BolgeXeber.Com » Xəbərlər » Bu ordenləri alanlar dəfn edilərkən hərbi ehtiram göstəriləcək

Bu ordenləri alanlar dəfn edilərkən hərbi ehtiram göstəriləcək

6-05-2021, 17:22
Oxunub: 1 016 Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinə dəyişiklik edilir.

Dəyişikliklə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı və ya "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının "Zəfər” ordeni, "Qarabağ” ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtüləcək.