Mingəçevirdə 13 min manatlıq kabel oğurlayan şəxslər saxlanılıb
7-05-2021, 10:27
Oxunub: 952
Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa Qasımov, Elvin Şirəliyev və Səməd Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkən şəxsin evində fəhlə işlədiyi üçün kabellərin yerini bilən Ə.Qasımov bir neçə dəfə həmin ünvana oğurluq məqsədilə daxil olub. Sonuncuda isə daha çox qazanc əldə etmək üçün bu işə öz dostlarını da cəlb edib. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar. Davam etdirilən tədbirlərlə Ə.Qasımovun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun şəhər ərazisindəki qəssab dükanından da oğurluq etdiyi məlum olub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman