BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edildi - FOTO

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edildi - FOTO

7-05-2021, 15:31
Oxunub: 1 144 Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu dəfn edilib.

Rəhmətov Əbülfəz Hüseynverdi oğlu doğulduğu Lerik rayonunun Anbu kəndində torpağa tapşırılıb.

Yeddi aylıq axtarışlardan sonra dünən kapitan Ə.Rəhmətovun şəhid olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanımızın nəşi Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Ə.Rəhmətovun iki övladı var.