BolgeXeber.Com » Xəbərlər » Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib

15-05-2021, 13:27
Oxunub: 1 392 Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.


Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.