BolgeXeber.Com » Xəbərlər » Ekologiyamız necə qorunur-REPORTAJ

Ekologiyamız necə qorunur-REPORTAJ

17-05-2021, 11:17
Oxunub: 3 088 Bildiyiniz kimi BOLGEXEBER.COM və BÖLGƏ TV “Ekologiyamızı necə qoruyaq” rubrikasına start verib.
Rubrikanın mövzusu ekologiyamızın necə qorunması haqdadır. 
Əməkdaşlarımız  “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində bu dəfə  Ağcabədi, Bərdə, Beyləqan rayonlarında olublar və adıçəkilən rayonların bir neçə kəndlərinin sakinləri ilə görüşərək söhbətlər ediblər, sorğu aparıblar.
 Sakinlər təsdiq ediblər ki, son illər ekologiya çox yaxşı qorunur, rayonlarında mütəmadi olaraq ağaclar əkilir, yaşıllıqlar salınır.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun əməkdaşımıza verdiyi məlumata görə ərazidə onlar tərəfindən mütəmadi araşdırmalar, reydlər aparılır və qanun pozuntuları aşkar olunanda həmin müəissələr cərimələnir və iş aidiyyatı üzrə göndərilir.
 
“Biz brakonyerlər, ekologiyanı pozanlara qarşı  mütəmadi reydlər keçiririk və qanun pozuntuları olanda bunu aktlaşdıraraq  aidiyyatı qurumlara göndəririk. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi rəhbərliyin verdiyi bütün tapşırıların və qərarların icra olunmasına nəzarət edir və bundan sonra da fəaliyyətimzi bu səpkidə davam etdirəcəyik ”,- Elnur Cəlilov əməkdaşımıza bildirdi.
 BOLGEXEBER.COM və BÖLGƏ TV  “Ekologiyamızı necə qoruyaq” rubrikasına davam edir. Növbəti yazımızada 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəhbərliyinin və əməkdaşlarının ərazidə, Kürdən qanunsuz suqoşmalara, qanunsuz balıq ovuna və meşə sahələrində qanunsuz zəbtlərə qarşı keçirdiyi reydlər barəsəndə geniş reportajı təqdim edəcəyik.