BolgeXeber.Com » Xəbərlər » Bakıda taksi sürücüsü müştərisi olan qadını qaçırmaq istədi - Əxlaqsız təklif

Bakıda taksi sürücüsü müştərisi olan qadını qaçırmaq istədi - Əxlaqsız təklif

19-05-2021, 13:56
Oxunub: 1 824 Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsızlıq təklif edib.

Bolgexeber.com "report”a istinadən xəbər verir ki, bu barədə qadının özü sosial şəbəkələrdə məlumat paylaşıb.

O bildirib ki, axşam saatlarında işdən çıxıb, metronun "20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

"Məni və qoca kişini müştəri kimi götürdü və qeyd etdi ki, kişini "Şamaxinka”da düşürüb geri qaydacaq, yerinə başqa adamlar yığıb yoluna davam edəcək.

"Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. "İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni "Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi.

Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayırd edə bilmirdim.

Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə "Sədərək” yolundayıq. O, mənə əxlaqsız təklif edirdi.

Həm də məni şantaj edirdi. Anama zəng edib polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun "20 Yanvar” stansiyasında düşürdü”.

Qadının sözlərinə görə, hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.