BolgeXeber.Com » Xəbərlər » Bu gün neçə nəfərə peyvənd vurulub?

Bu gün neçə nəfərə peyvənd vurulub?

20-05-2021, 18:15
Oxunub: 1 208 Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 411 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 332 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 891 703, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 068 493, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 823 210 təşkil edir.