BolgeXeber.Com » Xəbərlər » Bu gündən rayonlara avtobusların gediş-gəlişi bərpa olunur

Bu gündən rayonlara avtobusların gediş-gəlişi bərpa olunur

31-05-2021, 09:18
Oxunub: 1 104 Bu gündən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.
Qərara əsasən, saat 06:00-dan ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
Qeyd edək ki, şəhər və rayonlara avtobusların gediş-gəlişi ötən il martın 29-dan dayandırılmışdı.
Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.