BolgeXeber.Com » Xəbərlər » Nazirlər Kabineti uçuşlarla bağlı yeni qərar qəbul etdi

Nazirlər Kabineti uçuşlarla bağlı yeni qərar qəbul etdi

2-06-2021, 10:39
Oxunub: 1 424 Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.
Bolgexeber.com xəbər verir ki, dəyişikliyə əsasən "Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmur və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.